Noyabrın 23-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müsəssisələrinin şagirdləri arasında STEAM layihəsi çərçivəsində yarış təşkil edilmişdir.

Yarışda şagirdlər müxtəlif kateqoriyalar üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin keçirilməsində məqsəd STEAM layihəsi tətbiq edilən ümumi təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, digər təhsil müəssisələrinin şagirdlərinin layihə ilə tanış edilməsi, onların müasir texnologiyalara marağının daha da artırılmasıdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ