Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) bağlanış mərasimi keçirilib.
Tədbir çərçivəsində hər kateqoriya üzrə keçirilən yarışlarda I yerin qalibləri mükafatlandırılıblar. Qaliblər arasında Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan və Slovakiyanın təmsilçiləridir.
Qeyd edək ki, bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutub. Festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunub.
Yeni Şərh