Şagirdlərimiz uğur qazandı
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika turunda Quba–Xaçmaz Regional Təhsil İdarəsi üzrə iştirak edən 5 şagirdin hər biri uğur qazanıb.
“Ən yaxşı təqdimat” müsabiqəsində Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Elmir Ağamirzəyev – I yerə, Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Uğur Şahbazov, Xaçmaz şəhəri Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbinin şagirdi Mətin Kərimov və Quba Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Əli Zeynalov – II yerə, Siyəzən şəhər Nazim Əsədov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi İlknur Ağamaliyeva isə – III yerə layiq görülmüşdür.
Qalib şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Yeni Şərh