“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi keçirilmişdir. Müsabiqədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri iştirak etmişlər.

İki mərhələdən – region və ölkə mərhələlərindən ibarət olan müsabiqənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, çoxşaxəli fəaliyyəti və dövlətçilik ənənələrinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsinə və təbliğinə nail olmaq olmuşdur.

Təqdimatlar zamanı iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərinə dair araşdırmalarını nümayiş etdirmiş, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna rolunu vurğulamışlar.

Qeyd edək ki, müsabiqənin respublika mərhələsinin cari ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.