“Ən yaxşı təqdimat” müsabiqəsində uğur qazanmış şagirdlərlə görüş keçirilib

Mayın 6-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində Quba–Xaçmaz Regional Təhsil İdarəsi üzrə uğur qazanan şagirdlərlə görüş təşkil olunub.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, şagirdlər və müəllimlər iştirak etmişdir.

Görüş zamanı İdarə müdiri uğur qazanan şagirdləri təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika turunda Quba–Xaçmaz Regional Təhsil İdarəsi üzrə iştirak edən 5 şagirdin hər biri uğur qazanıb.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ