Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində peşə siniflərinə həsr olunmuş "Açıq qapı günü" tədbiri keçirilmişdir.

Tədbirin məqsədi şagirdlərin qazandığı bilik və bacarıqları nümayiş etdirmək, valideynləri və qonaqları peşə təhsili ilə yaxından tanış etmək olmuşdur.

Tədbir çərçivəsində ziyarətçilər interaktiv dərslərdə iştirak etmiş, şagirdlərin əl işlərinə və layihələrinə baxış keçirmiş, müəllimlərlə fikir mübadiləsi aparmışlar.

Belə tədbirlər peşə təhsilinin əhəmiyyətini və onun gələcəyin ixtisaslı kadrlarının formalaşmasındakı rolunu bir daha nümayiş etdirmişdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #AçıqQapıGünü #PeşəTəmayül