Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün may ayı ərzində Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərslər təşkil edilmişdir.
Dərslər zamanı şagirdlərə ulu öndərin zəngin siyasi irsi, ölkəmizin inkişafı naminə gördüyü işlər və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində oynadığı mühüm rol haqqında ətraflı məlumat verilmişdir.
Bu cür maarifləndirici tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tarixi şəxsiyyətlərimizi daha dərindən tanımasına mühüm töhfə verir. Şagirdlər dərslərdə fəal iştirak edərək Heydər Əliyevin həyat yolundan nümunə götürməyin vacibliyini vurğulamışlar.
Yeni Şərh