21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə şagirdlərə ana dilimizin zənginliyi, saflığının qorunmasının əhəmiyyəti və milli-mənəvi dəyərlərimizin yaşadılmasında dilimizin rolu barədə ətraflı məlumat verilmişdir.
Məktəblərdə ədəbi-bədii kompozisiyalar, inşa və şeir müsabiqələri, dəyirmi masalar, açıq dərslər və təqdimatlar təşkil olunmuşdur. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər səsləndirmiş, səhnəciklər nümayiş etdirmiş və dilimizin inkişaf tarixi haqqında təqdimatlarla çıxış etmişlər.
Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə ana dilinə sevgi və hörmət hissinin gücləndirilməsi, düzgün və səlis danışıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də milli kimliyin formalaşmasına töhfə vermək olmuşdur.
Yeni Şərh