Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Siyəzən şəhəri Şirin İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Azərbaycan dili və ədəbiyyatı” fənn aylığı çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəcməddin Mürvətov, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbir çərçivəsində şifahi xalq ədəbiyyatından nümunələr təqdim olunmuş, Nizami Gəncəvinin “Kərpickəsən qoca və cavan oğlan” hekayəsi, Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri, Abbasqulu ağa Bakıxanovun “Hikmətin fəziləti” əsəri və Cəfər Cabbarlının “Sevil” dramı nümayiş etdirilmişdir.
Bununla yanaşı, şagirdlər “Ana dilimizi sevək və qoruyaq” mövzusunda hazırladıqları kompozisiyaları təqdim ediblər.
Yeni Şərh