Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində təşkil olunan tədbirin məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, peşə hazırlığının artırılması və praktikada qarşılaşılan problem və çətinliklərin minimuma endirilməsidir.

Görüş Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində həyata keçirilib.

Görüş müddətində “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar olub.

Görüş interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA