"Xarıbülbül Dastanı" Tamaşası Nümayiş Olunub

7 dekabr 2024-cü il tarixində Quba Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhəri 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsinin qələbəsinə və 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Xarıbülbül dastanı” adlı tamaşa nümayiş etdirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tamaşa 44 günlük Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlıq hekayələrini, onların vətənpərvərliyini və torpaqlarımızın azadlığı uğrunda mübarizəsini əks etdirib. Tədbir böyük maraqla qarşılanıb.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ