23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Tədbirin əsas məqsədi şagirdlərdə kitaba sevgi, oxu mədəniyyəti və müəllif hüquqlarına hörmət hissini formalaşdırmaq idi. Tədbirlər zamanı şagirdlərə kitab oxumağın əhəmiyyəti və müəlliflik hüquqları ilə bağlı ətraflı məlumat verilib, həmçinin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə interaktiv fəaliyyətlər və yaradıcı təqdimatlar təşkil olunub.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #KitabGünü





Yeni Şərh