5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar ölkənin bütün ümumi təhsil müəssisələrində keçirilən idman həftəsinə yekun vurulub.
“İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsindən ibarət olub.
Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib.
#MÜTDA #EduAz #BədənTərbiyəsiVəİdmanGünü #İdmanHəftəsi #TəhsilVəİdman
Yeni Şərh