18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Şagirdlərə müstəqil Azərbaycanın inkişaf yolu, dövlət rəmzlərinə hörmət, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik ideyalarına sədaqət barədə məlumat verilib. Müxtəlif təqdimatlar və maarifləndirici tədbirlər vasitəsilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verilib.