“İnkişaf Körpüsü” layihəsi çərçivəsində növbəti addım!

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində müəllimlərin peşəkar inkişafını stimullaşdıran “İnkişaf Körpüsü” layihəsi uğurla davam edir.

Təcrübəli pedaqoqlar tərəfindən təqdim olunan nümunəvi dərslərdə müasir təhsil standartlarına uyğun interaktiv metodlardan istifadə edilib. Dərslərin gedişatı təhlil olunub, metodiki tövsiyələr verilib.

Bu formatda keçirilən görüşlər regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlər arasında səmərəli təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edir.