Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 18 may – 18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə insan hüquq və azadlıqları, qanunun aliliyi, bərabərlik, tolerantlıq və vətəndaş məsuliyyəti barədə maarifləndirmə işinin gücləndirilməsi olmuşdur.

Aylıq çərçivəsində məktəblərdə dəyirmi masalar, seminarlar, açıq dərslər, maarifləndirici təqdimatlar, inşa və rəsm müsabiqələri təşkil edilmiş, şagirdlərlə hüquqi mövzularda müzakirələr aparılmışdır. Tədbirlər zamanı insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafındakı rolu, uşaq hüquqları və vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir.

Şagirdlər tərəfindən hazırlanan təqdimatlar və yaradıcı çıxışlar tədbirlərə xüsusi rəng qatmış, onların hüquqi bilik və dünyagörüşünün formalaşdırılmasına müsbət təsir göstərmişdir.