20 fevral 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi İbrahimova Aynurə, ixtisas müəllimi Ağasiyev Elçin və peşə sinifləri üzrə qrup rəhbəri Əliyev Comərd müəllimin təşkilatçılığı ilə “Balaca Aşpazlar” yarışı keçirilmişdir. Yarışda III "A" və X "P" sinif şagirdləri iştirak etmişlər.
Tədbirin əsas məqsədi şagirdlərə yemək mədəniyyətini aşılamaq, onların kulinariya bacarıqlarını inkişaf etdirmək və süfrə ətrafında düzgün davranış qaydalarını nümayiş etdirmək olmuşdur. Bundan əlavə, tədbir çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuş, onların yaradıcı bacarıqlarını əks etdirən nümunələr nümayiş etdirilmişdir.
Yarışmanın yekununda qalib komandalar müəyyən olunaraq diplomlarla təltif edilmişdir.
Yeni Şərh