“Dünənimiz, bu günümüz və sabahımız” adlı tədbir keçirilmişdir
Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dünənimiz, bu günümüz və sabahımız” adlı tədbir keçirilmişdir.
Tədbir çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən maraqlı sərgilər və təqdimatlar təşkil olunmuşdur. Şagirdlər Quba rayonunun tarixi abidələrini əks etdirən maketlər, həmçinin müasir dövrün tələblərinə uyğun hazırlanmış “ağıllı ev” modellərini nümayiş etdirmişlər. Daha sonra şagirdlər tərəfindən şəhərsalma və memarlığın keçmişdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən, eləcə də memarlığın müasir aspektlərini əhatə edən təqdimatlar təqdim olunmuşdur.
Tədbirdə çıxış edənlər ölkəmizdə şəhərsalma və memarlıq sahəsinin inkişafından, tarixi memarlıq nümunələrinin qorunmasının əhəmiyyətindən və bu sahəyə gənclərin marağının artırılmasının vacibliyindən bəhs etmişlər. Bildirilmişdir ki, belə tədbirlər şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafına, həmçinin milli-mədəni irsimizin daha yaxından tanıdılmasına mühüm töhfə verir.
Sonda “Hər binaya bir ağac” adlı ağacəkmə aksiyası keçirilmiş, tədbir iştirakçıları tərəfindən məktəbin ərazisində ağaclar əkilmişdir.
Yeni Şərh