Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə müxtəlif istiqamətləri əhatə edən tədbirlər həyata keçirilib. Türk dünyasının görkəmli söz ustadına həsr olunmuş poeziya gecələri, inşa müsabiqələri, seminarlar, “dəyirmi masa”lar, debatlar və görüşlər təşkil olunaraq şagirdlərin fəal iştirakı təmin edilib.
Oxu həftəliyi çərçivəsində şairin əsərlərinin mütaliəsi və müzakirəsi aparılıb, onun zəngin yaradıcılıq irsinin məktəblilər arasında daha geniş şəkildə tanıdılması diqqət mərkəzində saxlanılıb.
Tədbirlərin əsas məqsədi Bəxtiyar Vahabzadənin ədəbi irsinin təbliği, şagirdlərin bədii düşüncə qabiliyyətinin inkişafı və onların ədəbi yaradıcılığa olan marağının artırılmasına nail olmaqdır.
Yeni Şərh