“Gender bərabərliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Gender bərabərliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin əsas məqsədi şagirdlərdə gender bərabərliyi anlayışının düzgün formalaşdırılması, qadın və kişi hüquqlarının bərabərliyi barədə məlumatlılığın artırılması, həmçinin cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə vermək olub.
Maarifləndirici görüşlər zamanı iştirakçılara gender bərabərliyinin mahiyyəti, onun sosial və hüquqi aspektləri, gündəlik həyatda bu prinsiplərin tətbiqinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.
Tədbirlər çərçivəsində təqdimatlar nümayiş etdirilib, müxtəlif situasiyalar əsasında izahlar verilib və qarşılıqlı hörmət, bərabər imkanlar prinsiplərinin vacibliyi vurğulanıb.
Bu cür maarifləndirici tədbirlər şagirdlərin hüquqi və sosial biliklərinin artırılmasına, onların bərabərlik və ədalət prinsiplərinə hörmət ruhunda formalaşmasına müsbət təsir göstərir.
Yeni Şərh