“Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər həyata keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə və təhsil ictimaiyyətində korrupsiyaya qarşı mənfi münasibətin formalaşdırılması, şəffaflıq və dürüstlük prinsiplərinin təbliği, həmçinin hüquqi biliklərin artırılması olub.

Maarifləndirici görüşlər zamanı iştirakçılara korrupsiyanın mahiyyəti, onun cəmiyyətə vurduğu zərərlər, eləcə də bu halların qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların mövzu ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.

Tədbirlər çərçivəsində təqdimatlar nümayiş etdirilib, müxtəlif nümunələr əsasında izahlar verilib və gənclərin etik davranış qaydalarına əməl etməsinin vacibliyi vurğulanıb.

Keçirilən bu cür maarifləndirici tədbirlər şagirdlərin hüquqi savadlılığının artırılmasına, onlarda vətəndaş məsuliyyətinin formalaşmasına və korrupsiyaya qarşı mübarizədə aktiv mövqe tutmalarına müsbət təsir göstərir.