Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən 09 fevral 2026-cı il tarixində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində V–VI sinif şagirdləri arasında “Məntiq dahiləri” adlı bilik yarışı keçirilmişdir.

Yarış riyaziyyat fənn aylığı çərçivəsində təşkil olunmuş və şagirdlərin riyazi biliklərinin, məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir. Yarış zamanı iştirakçılar müxtəlif çətinlik səviyyəli tapşırıqlar üzrə bilik və bacarıqlarını nümayiş etdirmiş, obyektivlik və şəffaf qiymətləndirmə prinsipləri təmin edilmişdir.

Yarışın yekununda yüksək nəticə göstərən komandalar Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılmışdır.

I yer – Şabran şəhər Roman Yusifov adına 2 nömrəli məktəb-lisey

II yer – Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi,

III yer – Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ