“Oxu dəqiqələri” lahiyəsi təşkil olunur

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Oxu dəqiqələri” lahiyəsi təşkil olunur.

“Oxu dəqiqələri” lahiyəsi çərçivəsində şagirdlər müxtəlif janrlarda əsərlər oxuyur, mətnlər üzərində müzakirələr aparır, obraz və hadisələri təhlil edir, həmçinin yaradıcı tapşırıqlar yerinə yetirirlər.

Bu fəaliyyətlər onların oxu bacarıqlarını və nitq vərdişlərini təkmilləşdirməklə yanaşı, mütaliə mədəniyyətinin formalaşmasına və kitaba marağın artmasına xidmət edir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ