ℹTəhsil müəssisələrində “Oxu klubları” layihəsi davam edir

🟢Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə “Oxu klubları”na start verilib. Layihə 27–31 yanvar tarixlərində region üzrə ümumi təhsil məktəblərində könüllülük prinsipi əsasında həyata keçirilir.

🟢“Oxu klubları”nın məqsədi şagirdlərin tədris ilinin birinci yarısında keçdikləri əsas mövzuların təkrarı, bilik və bacarıqlarının möhkəmləndirilməsi, eləcə də təlimə maraqlarının artırılmasıdır.

🟢Layihədə 4-cü, 6-cı və 9-cu sinif şagirdləri iştirak edir. Dərs və fəaliyyətlər yaş xüsusiyyətləri nəzərə alınmaqla interaktiv metodlar əsasında təşkil olunur, yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişafına yönəldilir.

🟢Qeyd edək ki, layihə müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığı və könüllülük əsasında icra olunur.

#EduAz #MÜTDA #QubaXaçmazRTİ