“Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təşviqi, reproduktiv sağlamlıq haqqında düzgün və elmi əsaslı biliklərin aşılanması, həmçinin erkən nikah və onun fəsadları barədə məlumatlılığın artırılması olub.

Maarifləndirici görüşlər zamanı iştirakçılara reproduktiv sağlamlığın mahiyyəti, şəxsi gigiyena qaydaları, sağlam münasibətlərin qurulması və məsuliyyətli davranışın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici materiallar təqdim olunub.

Tədbirlər çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar keçirilib, müxtəlif nümunələr əsasında izahlar verilib və sağlam gələcək üçün düzgün seçimlərin vacibliyi vurğulanıb.

Bu cür tədbirlər şagirdlərin sağlam düşüncə tərzinin formalaşmasına, onların fiziki və psixoloji rifahının qorunmasına, eləcə də gələcəkdə daha məsuliyyətli qərarlar qəbul etmələrinə mühüm töhfə verir.