“Tanınmış şəxslər təqvimi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumitəhsil müəssisələrində görkəmli rəssam Vincent van Qoqun 173 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

🟢Tədbirlər zamanı rəssamın həyat və yaradıcılığı haqqında təqdimatlar edilib, onun məşhur əsərləri barədə şagirdlərə ətraflı məlumat verilib.

🟢Həmçinin şagirdlərin iştirakı ilə rəsm sərgiləri təşkil olunub, van Qoqun əsərlərindən ilhamlanaraq yaradıcı işlər nümayiş etdirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə incəsənətə marağın artırılması və dünya mədəni irsi haqqında biliklərin genişləndirilməsi olub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirlər şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafına töhfə verib.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ