“Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə 163 ümumi təhsil müəssisəsində ümumilikdə 470 adda müxtəlif tədbir təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində videoçarxların nümayişi, inşa yazı müsabiqələri, ağacəkmə aksiyaları, intellektual yarışlar, müxtəlif kompozisiyaların təqdimatı, debat və diskussiyalar, eləcə də “dəyirmi masa” formatında görüşlər təşkil edilmişdir.
Yeni Şərh