Bu gün Aprel döyüşlərinin başlamasından on il ötür. Bununla əlaqədar olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

Tədbirlər çərçivəsində Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilmiş, onların göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə geniş məlumatlar verilmişdir. Məktəblərdə təşkil olunan dəyirmi masalarda müəllim və şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparmış, video çarxlar nümayiş olunmuşdur.

Eyni zamanda, şagirdlərin vətənpərvərlik ruhunda çıxışları dinlənilmiş, Aprel döyüşlərinə həsr olunmuş şeirlər səsləndirilmişdir. Keçirilən tədbirlərin əsas məqsədi gənc nəslə vətən sevgisinin aşılanması, tariximizin bu şanlı səhifəsinin yaddaşlarda daim yaşadılması olmuşdur.