Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən məktəb rəhbərləri yeni tədris ili üçün qarşıya qoyulan məqsədlərdən, təhsildə aparılan islahatlar və yeniliklərdən bəhs ediblər.
Tədbirdə iştirak edən idarənin rəsmiləri və qonaqlar, müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, ümumtəhsil müəssisələrində ilk dərslər "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunub.
Yeni Şərh