20 dekabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi Lətifə Camalova Hindistanın Dehli şəhərində yerləşən Little Flowers Group of Schools-un müəllimi Meenakshi Sharma ilə canlı onlayn interaktiv dərs təşkil edib.
İnteraktiv dərs iki ölkənin mədəniyyəti, incəsənəti, COP29 sammiti və təhsil mövzularını əhatə edib. Dərs zamanı Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri fəal iştirak etmiş, öz sual və çıxışları ilə dərsin maraqlı və məhsuldar keçməsinə töhfə vermişlər.
Tədbirin sonunda fəal iştirak edən şagirdlər sertifikatlarla təltif olunmuşdur.





Yeni Şərh