Ümumtəhsil müəssisələrində film nümayişləri təşkil olunmuşdur

Şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, azərbaycançılıq və vətənpərvərlik ideyalarının təbliği, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində film nümayişləri təşkil olunmuşdur.

Nümayiş etdirilən filmlər şagirdlərdə vətənə bağlılıq hissinin gücləndirilməsi, milli kimliyimizin və tarixi irsimizin daha dərindən öyrənilməsi baxımından maarifləndirici əhəmiyyət daşımışdır.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ