Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbdənkənar təhsil müəssisələrinin optimallaşdırılması, idarə olunması və fəaliyyətinin tənzimlənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Məktəbdənkənar təhsil çərçivəsində kitab klubları və digər təşəbbüslər yaradıcı təhsilin inkişafına, eləcə də mədəni irsin təşviqinə yönəlib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi də bu çərçivədə mühüm fəaliyyətlər həyata keçirir. Mərkəzin təşkil etdiyi kitab klubu dərnəyinin üzvləri üçün mədəniyyət və təhsil imkanlarını genişləndirmək məqsədilə ekskursiyalar təşkil edilmişdir. Bu ekskursiyalar uşaqların intellektual inkişafına, mədəni dünyagörüşünün artırılmasına və təhsil proqramlarına marağının artırılmasına töhfə verir.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #məktəbdənkənartəhsil #kitabklubu



Yeni Şərh