Yeni dərs ilinə start verilir – məktəblərdə hazırlıq işləri sürətlə gedir! 

2025–2026-cı tədris ilinin başlanmasına sayılı günlər qalmış, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində genişmiqyaslı hazırlıq prosesi həyata keçirilir:
Dərsliklərin paylanması
Müvafiq siniflər üzrə dərslik və tədris materiallarının vaxtında və tam şəkildə şagirdlərə çatdırılması təmin olunur.
Məktəblərdə təmizlik və abadlıq tədbirləri
Sinif otaqları, dəhlizlər, məktəb həyətləri və digər ümumi sahələr təmizlənir, abadlaşdırılır və yeni dərs ilinə uyğunlaşdırılır.
Texniki vəziyyətin yoxlanması
Təhsil müəssisələrində istifadə olunan avadanlıqların işlək vəziyyəti yoxlanılır, zəruri texniki baxış və təmir-bərpa işləri aparılır.





Yeni Şərh