“Narkomaniyaya yox deyək” və “Zərərli vərdişlərdən uzaq olaq” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təşkil olunan tədbirlər zamanı şagirdlərə narkotik vasitələrin və digər zərərli vərdişlərin insan sağlamlığına, psixoloji vəziyyətə və sosial həyata vurduğu ciddi ziyanlar barədə ətraflı məlumat verilib.

Görüşlərdə profilaktik tədbirlərin əhəmiyyəti vurğulanıb, sağlam həyat tərzinin təşviqi, həmçinin yeniyetmələrin riskli davranışlardan qorunması istiqamətində maarifləndirici çıxışlar, video materialların təqdimatı və müzakirələr aparılıb.

Tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam və təhlükəsiz həyat tərzinin təbliği, onların maarifləndirilməsi və zərərli vərdişlərə qarşı düzgün münasibətin formalaşdırılmasıdır.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA