Noyabrın 13-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Dekorativ-tətbiqi və təsviri sənət” şöbəsinin dərnək rəhbərləri Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyinin şagirdləri üçün master-klass təşkil ediblər.

Master-klassın məqsədi şagirdləri Azərbaycan milli tikmə sənətinin zəngin və müxtəlif növləri, sap, parça, muncuq, pilək kimi bədii materiallarla işləmə üsulları, həmçinin heykəltəraşlıq sənəti ilə tanış etmək, onlarda kompozisiya qurmaq və fiqurlar yaratmaq bacarıqlarını inkişaf etdirməkdir.

Bundan əlavə, tədbir şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və onların məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən yaradıcılıq yönümlü dərnəklərə cəlb olunmasına xidmət edir.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA