Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Təhsil müəssisələrinin təqdimatında milli adət-ənənələrimiz, milli mətbəximizi özündə əks etdirən sərgilər təşkil olunmuşdur.

Bu tədbirlərdə şagirdlər öz yaradıcılıqlarını nümayiş etdirərək, Novruzun sevincini birgə yaşadılar.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #novruzbayramı