Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində peşəyönümlü xidmətin təşkili istiqamətində tədbirlər davam etdirilir. Şagirdlərin müxtəlif peşələr barədə məlumatlılıq səviyyəsinin artırılması, onların maraq və bacarıqlarına uyğun peşəyönümünün müəyyən edilməsi, həmçinin peşə seçimi prosesində dəstək göstərilməsi məqsədilə maarifləndirici görüşlər və təqdimatlar həyata keçirilir.

Bununla yanaşı, mütəxəssis qonaqların iştirakı ilə interaktiv çıxışlar təşkil olunur, şagirdlərə əmək bazarındakı aktual tələblər barədə məlumat verilir. Tədbirlər peşə seçimi zamanı şagirdlərin daha şüurlu qərar qəbul etməsinə şərait yaratmağı hədəfləyir.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA