Təhsil müəssisələrində Xocalı qurbanları yad edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən tədbirlər keçirilib.

Şagirdlər faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, tarixi həqiqətlərə həsr olunmuş inşa müsabiqələri, rəsm sərgiləri və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Tədbirlər zamanı Xocalı faciəsinin şahidlərinin xatirələri anıldı, tarixi faktlar bir daha məktəblilərə çatdırıldı.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ