Uşaqların zərərli informasiyadan qorunması mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində keçirilən tədbirlər zamanı şagirdlərə internet təhlükəsizliyi, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərin tanınması və zərərli informasiyadan qorunma yolları barədə məlumat verilib.
Görüşlərin əsas məqsədi uşaqların təhlükəsiz informasiya mühitində inkişafını təmin etmək və onların rəqəmsal savadlılığını artırmaqdır.
Yeni Şərh