Təhsil müəssisələrində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Bu gün təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub. Tədbirlər zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və fədakarlıq nümunələrindən danışılıb.