14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində şagirdlər arasında kitab mübadiləsi aksiyaları təşkil olunub, məktəb kitabxanalarına müxtəlif janrlarda ədəbiyyatlar hədiyyə edilib.
Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə mütaliə vərdişlərini gücləndirmək, kitaba marağı artırmaq və paylaşma mədəniyyətini təşviq etmək olub. Şagirdlər sevdikləri kitabları bir-birilərinə bağışlayaraq oxu mədəniyyətinin təbliğinə töhfə veriblər. Tədbirlər iştirakçılar tərəfindən böyük maraq və fəallıqla
Yeni Şərh