Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirildi

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə şagirdlərə 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısının alınması və antiterror əməliyyatı nəticəsində ölkəmizin tam suverenliyinin bərpa olunması barədə ətraflı məlumat verilmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həmçinin ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, müəllim və şagird çıxışlarında bu tarixi Zəfərin əhəmiyyətindən bəhs edilmişdir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü 2023-cü ildə baş tutmuş 23 saatlıq uğurlu antiterror əməliyyatının nəticəsi olaraq təsis edilmişdir. Bu əməliyyat nəticəsində Azərbaycan Ordusu konstitusiya quruluşunu bərpa edərək, Ermənistan silahlı birləşmələrinin qalıqlarını ölkə ərazisindən çıxarmış və dövlət suverenliyimizi tam təmin etmişdir. Bu mühüm gün münasibətilə keçirilən tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, dövlətçilik dəyərlərinə hörmət və azərbaycançılıq ideologiyasının təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA #Suverenlikgünü