Quba Rayon İcra Hakimiyyətinin dəstəyi və Quba rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Quba rayonu üzrə Təhsil sektorunun əməkdaşları, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Quba Rayon Komissiyasının məsul katibi, Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edən qonaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və ictimai əhəmiyyətindən bəhs ediblər. Milli birlik, vətənpərvərlik və azərbaycançılıq ideyalarının gənc nəslə aşılanmasının vacibliyi xüsusi vurğulanıb. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər və musiqi nömrələri səsləndirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Yeni Şərh