Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində dərsdinləmələr həyata keçirilir. Bu çərçivədə idarə əməkdaşları tərəfindən müxtəlif fənlər üzrə dərs prosesləri izlənilib, müəllimlərin fəaliyyətinə dair müşahidələr davam edir.
Keçirilən dərsdinləmələrin ardından dərslər ətraflı şəkildə təhlil olunub, müəllimlərə metodiki dəstək məqsədilə müvafiq tövsiyələr təqdim edilib. Eyni zamanda pedaqoji heyətin peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilərək, onların inkişafına yönəlmiş istiqamətlər üzrə əlavə məsləhətlər verilib.
Qeyd edək ki, tədris prosesinin daha da təkmilləşdirilməsi məqsədilə dərsdinləmələr mütəmadi olaraq davam etdiriləcək.
Yeni Şərh