Fevralın 5-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Siyəzən rayonu uşaq-gənclər inkişaf mərkəzi tərəfindən Quba rayonu Birinci Nügədi kəndi Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Ebru sənəti və Şüşə üzərində rəsm (Vitraj) üzrə master-klass təşkil edilmişdir.

Tədbir şagirdlərdə sənət dünyasını daha yaxından tanımaq, yaradıcı düşüncələrini inkişaf etdirmək və ənənəvi sənət növlərinə maraq göstərmək, eyni zamanda onların asudə vaxtlarını səmərəli keçirmək məqsədi daşıyır.

Qeyd edək ki, Ebru sənəti su üzərində rənglərin yaradılması və həmin rənglərin xüsusi üsullarla kağıza köçürülməsi texnikasıdır. Vitraj isə şüşə üzərində rəngli kompozisiyalar yaratmaq, onu bəzəmək və estetik baxımdan maraqlı işlər ortaya qoymaqdır.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ