Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə Fəaliyyət Planı"na uyğun olaraq, 20 noyabr - 20 dekabr tarixləri kimya, biologiya və fizika fənn aylıqları çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu Sərvər Abdulkərimov adına Bala Qusar kənd tam orta məktəbində fizika və kimya fənləri üzrə intellektual yarış-viktorina təşkil edilib.

Viktorinada qalib gəlmiş komandanın üzvləri kiçik hədiyyələrlə təltif olunublar. Tədbir şagirdlərin elmi biliklərini artırmaq və intellektual bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ