Gender bərabərliyi mövzusunda maarifləndirici tədbirlər keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində gender bərabərliyi mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində şagirdlərə gender bərabərliyinin mahiyyəti, sosial əhəmiyyəti və diskriminasiyanın qarşısının alınması ilə bağlı məlumatlar təqdim edilib.
Görüşlərdə bərabər imkanların təşviqi, sağlam sosial münasibətlərin formalaşdırılması və şagirdlərin bu mövzuda məlumatlılıq səviyyəsinin artırılması əsas məqsəd kimi müəyyənləşdirilib.
Yeni Şərh