1 Mart – Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olunmuşdur.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və mülki müdafiə sahəsində biliklərin artırılması olmuşdur.

Məktəblərdə mülki müdafiə planlarına uyğun olaraq maarifləndirici söhbətlər aparılmış, təqdimatlar nümayiş etdirilmiş, təxliyə məşqləri keçirilmişdir. Şagirdlərə zəlzələ, yanğın və digər fövqəladə hallarda düzgün davranış qaydaları izah olunmuş, ilkin tibbi yardımın göstərilməsi barədə məlumatlar verilmişdir.

Keçirilən tədbirlər şagirdlərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının möhkəmləndirilməsinə, operativ və düzgün qərarvermə qabiliyyətinin inkişafına xidmət etmişdir.