Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlər zamanı bu əlamətdar günün tarixi əhəmiyyətindən, milli birlik və həmrəyliyin xalqımız üçün daşıdığı önəmdən bəhs olunub. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, musiqi nömrələri və bədii kompozisiyalar təqdim edilib. Keçirilən tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət və azərbaycançılıq ruhunun formalaşmasına xidmət edib
Yeni Şərh