Quba-Xaçmaz Regional Təhsil İdarəsi-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur.

Keçirilən tədbirlər çərçivəsində məktəblərdə Novruzun adət-ənənələrini əks etdirən guşələr yaradılmış, şagirdlərin iştirakı ilə səməni təqdimatları, milli oyunlar və səhnəciklər nümayiş etdirilmişdir. Eyni zamanda, milli mətbəximizin nümunələrindən ibarət sərgilər təşkil olunmuş, bayramın rəmzləri və atributları şagirdlərə əyani şəkildə çatdırılmışdır.

Tədbirlərdə şagirdlərin ifasında rəqs nömrələri, şeirlər və musiqili çıxışlar təqdim olunmuş, bayram ab-havası məktəblərdə xüsusi coşqu ilə qeyd edilmişdir. Müəllim və şagird kollektivlərinin birgə hazırladıqları proqramlar tədbirlərə xüsusi rəng qatmışdır.

Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə xalqımızın milli-mənəvi dəyərlərini aşılamaq, onların adət-ənənələrə bağlılığını gücləndirmək və Novruz bayramının mahiyyətini daha yaxından tanıtmaqdan ibarətdir.